Vətən müharibəsinin 10-cu günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. 

Bizim.Media Vətən müharibəsinin 10-cu gününün xronikasını təqdim edir.

- Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı müxtəlif istiqamətlərdə düşmənin zirehli texnikaları, atəş dəstək və təminat vasitələri darmadağın edilib.

Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 tankı, o cümlədən 41-ci və 62-ci artilleriya alaylarının 4 ədəd BM-21 Qrad yaylım atəşli reaktiv sistemi məhv edilib.

Düşmənin 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirilib. Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət götürülüb. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklik azad olunub.

- Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə dövlətimizin başçısı deyib ki, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsində önəmli rol oynayır.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib.

- Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib. Müşavirədə əks-hücum əməliyyatında mövcud vəziyyət təhlil olunub, qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verilib.

- Müdafiə Nazirliyi döyüşlərdə Ermənistan silahlı qüvvələrinin hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və hərbi texnikalarının videogörüntülərini paylaşıb.

- Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 27-yə, xəsarət alanların sayı isə 141-ə çatıb.
- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi dünyanın bütün ölkələrinin Konstitusiya məhkəmələrinə bəyanatla müraciət ünvanlayıb.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xınalığa qar yağır

Xınalığa qar yağır

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

İranda yenidən zəlzələ oldu

İranda yenidən zəlzələ oldu

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA

Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA

Bu gün finalda Türkiyə basketbolçuları Almaniya ilə qarşılaşacaq

Bu gün finalda Türkiyə basketbolçuları Almaniya ilə qarşılaşacaq

Ərdoğan: “Türkiyə müxalifəti burulğanda çabalayır”

Ərdoğan: “Türkiyə müxalifəti burulğanda çabalayır”

Bu BÜRCLƏRİN bütün problemləri BİTƏCƏK

Bu BÜRCLƏRİN bütün problemləri BİTƏCƏK

Çin alimlərindən UNİKAL KƏŞF: Sümük yapışdırıcısı hazırlandı

Çin alimlərindən UNİKAL KƏŞF: Sümük yapışdırıcısı hazırlandı

"Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

"Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

Qumralın rəqqasla ayaqyalın rəqsi gündəm oldu - VİDEO

Qumralın rəqqasla ayaqyalın rəqsi gündəm oldu - VİDEO

Havanın temperaturu bu tarixdə yüksələcək

Havanın temperaturu bu tarixdə yüksələcək

Xəzər dənizində tornado göründü - VİDEO

Xəzər dənizində tornado göründü - VİDEO

Meyxanaya pis baxılan Bakı qəsəbəsi - VİDEO

Meyxanaya pis baxılan Bakı qəsəbəsi - VİDEO

Hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər məhdudlaşdırılacaq?

Hibrid avtomobillər üçün tətbiq edilən güzəştlər məhdudlaşdırılacaq?

Kiyev yaxınlığında silsilə partlayışlar

Kiyev yaxınlığında silsilə partlayışlar

Ceyhun Bayramov Qətərə getdi - Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək

Ceyhun Bayramov Qətərə getdi - Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək

Külli miqdarda narkotik vasitə aşkar edildi - FOTO

Külli miqdarda narkotik vasitə aşkar edildi - FOTO

Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini niyə ləngidir? - FOTO

Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini niyə ləngidir? - FOTO

Ukrayna Leninqrad vilayətində neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ - VİDEO

Ukrayna Leninqrad vilayətində neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ - VİDEO

End of content

No more pages to load

RADİO