XİN-dən Azərbaycanın hərbi cinayətlərdə ittiham olunması ilə bağlı AÇIQLAMA

"Sosial şəbəkələrdə yayılan videolarla bağlı Azərbaycan tərəfini hərbi cinayətlərdə ittiham edən Ermənistan XİN-ə tərəfimizdən rəsmi açıqlama ilə münasibət bildirilib və mövqeyimiz diqqətə çatdırılıb".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, sosial şəbəkələrdə yayılan videoların araşdırılması ilə bağlı Azərbaycanın Hərbi Prokurorluğu tərəfindən hələ bir müddət öncə hərtərəfli araşdırmanın başlanılması ilə bağlı bəyanat verilmişdi:

"Vurğulamaq istərdik ki, bu araşdırma hər hansı çağırışlara cavab olaraq deyil, məhz Azərbaycanın hər zaman beynəlxalq öhdəliklərinə ciddi yanaşması çərçivəsində başladılmışdı.

O ki, qaldı bəzi Qərb dövlətlərindən edilən çağırışlara, maraqlıdır bu şəxslər 30 il ərzində, habelə 2020-ci il 44 günlük müharibə zamanı dünya ictimaiyyətinin gözü qarşısında Ermənistan tərəfinin törətdiyi çoxsaylı hərbi cinayətlərlə bağlı, bu cinayətlərin araşdırılması, səbəbkarların cəzalandırılması ilə bağlı hansı çağırışları ediblər?

Günü bu gün də Ermənistan istehsalı olan minaların Azərbaycan ərazilərində mülki insanların həyatına son verdiyini niyə görməzdən gəlirlər? Yoxsa hərbi əməliyyatların getmədiyi bir vaxtda digər dövlətin ərazisində mina basdırılmasını hərbi cinayət hesab etmirlər? Böyük əksəriyyəti mülki şəxs olmaqla, 250-dək şəxsin mina qurbanı olmasının məsuliyyəti birmənalı şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ancaq Ermənistanda hələ 90-cı illərin əvvəllərindən etibarən törədilən və indiyədək davam edən çoxsaylı hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə görə indiyədək bir nəfər də olsun məsuliyyətə cəlb olunmayıb".

L.Abdullayeva bildirib ki, Azərbaycana çağırış edənlər qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirlərsə, məsələyə hərtərəfli yanaşmalı, Ermənistan tərəfindən bu günədək törədilən çoxsaylı cinayətlərin araşdırılması və məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb etməlidirlər.

Əks təqdirdə bu, erməni təbliğatı nəticəsində verilmiş birtərəfli açıqlamadan başqa bir şey deyildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Şuşanın sədası, Ağ Evin əks-sədası

Şuşanın sədası, Ağ Evin əks-sədası

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

İsti havada rahat yatmağın yolları

İsti havada rahat yatmağın yolları

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Samir Şərifova yeni vəzifə VERİLDİ

Samir Şərifova yeni vəzifə VERİLDİ

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək – FOTO/RƏSMİ

Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək – FOTO/RƏSMİ

Final təyinatı onu kövrəltdi – Video

Final təyinatı onu kövrəltdi – Video

İsrail parlamenti buraxıldı - VİDEO

İsrail parlamenti buraxıldı - VİDEO

SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Braziliyanın yeni səfiri İlham Əliyevə etimadnaməsini təqdim etdi – FOTO

Braziliyanın yeni səfiri İlham Əliyevə etimadnaməsini təqdim etdi – FOTO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclası KEÇİRİLİR

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclası KEÇİRİLİR

End of content

No more pages to load

RADİO