Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi - XİN - YENİLƏNİB/FOTO

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 26 sentyabr – 14 oktyabrda Rumıniyanın Buxarest şəhərində növbəti Səlahiyyətli Konfransı keçirilir. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Beynəlxalq Telekommunikasiya İttifaqının 4 ildən bir keçirilən Səlahiyyətli Konfransı zamanı təşkilatın Baş katibi, Baş katibin müavini, büro direktorları, o cümlədən BTİ-nin Radio Tənzimləmə Komitəsinə və təşkilatın idarəedici orqanı olan Şuraya üzvlər seçilir. 

Sözügedən seçkilərdə Azərbaycanın 2023 – 2026-cı illər üzrə BTİ Şurasının üzvlüyünə, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Sahibə Abdullayevanın təşkilatın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədlikləri irəli sürülmüşdü.

3 oktyabr 2022-ci il tarixində Azərbaycan yenidən BTİ-nin Şurasına 154 ölkənin səsi ilə üzv seçilib.

Ölkəmizin ardıcıl olaraq üçüncü dəfə şuraya seçilməsi böyük nailiyyətdir. Xatırladaq ki, 2018-ci ildə ölkəmiz Şuraya 119 səslə seçilmişdi. 

Həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçkilərdə ölkəmizin namizədi Sahibə Abdullayeva da 114 ölkənin səsini qazanaraq Şərqi Avropa və Şimali Asiya regionunda ən çox səslə Radio Tənzimləmə Komitəsinə yenidən seçilmiş Azərbaycan təmsilçisi olub. Radiorabitə Komitəsinə üzv seçilən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Abdullayeva radiorabitə sahəsində ixtisaslı mühəndisdir. 

1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014 və 2018-ci illərdə ard-arda Şuranın üzvü seçilib və bu illər ərzində Şuranın fəaliyyətində fəal iştirak edir. 

Xatırladaq ki, 27 sentyabr 2022-ci il tarixində Səlahiyyətli Konfransda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək Azərbaycanda rəqəmsal transformasiya çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verib. 

Konfrans davam etdiyi günlərdə Azərbaycan nümayəndə heyəti dünyanın bir çox ölkələrindən olan nümayəndələrlə sıx əlaqələrin qurulması, yeni əməkdaşlıq sahələrinin müəyyən olunması, ölkəmizin seçiləcəyi təqdirdə təşkilatın işinə verəcəyi töhfələr barədə təbliğat və təşviqat işləri aparıb. 
Cari il ərzində müvafiq regional təşkilatların iclaslarında (Regional Rabitə Birliyi (RCC), Telekommunikasiya və Poçt Administrasiyalarının Avropa Konfransı (CEPT), Asiya və Sakit Okean regionu üzrə Telekom Birliyi (APT), Amerika Regional Telekommunikasiya Komissiyası (CITEL), Afrika Telekommunikasiya Birliyi (ATU)) mütəmadi iştirak edilib və ölkəmizin seçki təşviqatı aparılıb. 

Həmçinin BTİ-nin Ümumdünya Telekommunikasiya Standartlaşdırma Assambleyasında, Şura iclaslarında, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində, Dünya İnkişaf Konfransında aktiv iştirak olunub. 

Ölkəmizin bu konfransda yüksək nəticələr əldə etməsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə yanaşı, Xarici İşlər Nazirliyinin mühüm rolu olub.

Azərbaycanın bu mötəbər beynəlxalq təşkilata növbəti dəfə üzv seçilməsi, daha çox ölkədən səs alması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasını bir daha nümayiş etdirir, həmçinin respublikamızın telekommunikasiya sahəsində həyata keçirdiyi genişmiqyaslı işlərin davamlı və uğurlu olacağına zəmin yaradır. 
Şuranın üzvü qismində ölkəmizin təşkilatın idarəetməsində birbaşa iştirakı ölkə maraqlarının, eləcə də sahəvi fəaliyyətlərə dəstəyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə qanunsuz radio-TV yayımının və tezliklərdən istifadənin qarşısının alınması və mövzunun mütəmadi olaraq BTİ-nin gündəliyində saxlanması baxımından ölkəmizin BTİ-nin hər iki qurumunda təmsilçiliyi xüsusi əhəmiyyət kəsb edir

*** 18.05

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib. 

Bizim.Media xəbər verir ki, bu barədə  İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı keçirilir. 

Konfrans çərçivəsində oktyabrın 3-də BTİ Şurasının 2023-2026-cı illər üzrə üzvlüyünə, həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib. 

Həmçinin bildirilib ki, kifayət qədər rəqabətli şəraitdə keçirilmiş seçkilərin nəticələrinə əsasən, Azərbaycan olduqca yüksək göstəricilərlə - 154 səslə BTİ Şurasının üzvlüyünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Həsənova isə 114 səslə BTİ-nin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə seçilib. 
Azərbaycan XİN hər iki namizədliyə dəstək verən bütün dövlətlərə öz minnətdarlığını bildirir. Qeyd edək ki, sentyabrın 26-da başlayan konfrans oktyabrın 14-də yekunlaşacaq. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

300 tələbəyə əlavə 100 manat təqaüd veriləcək

300 tələbəyə əlavə 100 manat təqaüd veriləcək

Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)

Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)

İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı – Foto

İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı – Foto

Bakıda axşam konsertləri keçirilir - FOTOLAR

Bakıda axşam konsertləri keçirilir - FOTOLAR

Eminin ölümünə səbəb olan o qadın... – Baldızı

Eminin ölümünə səbəb olan o qadın... – Baldızı

Kiberpolisdən ƏMƏLİYYAT: 10 milyonluq qanunsuz dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi – VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT: 10 milyonluq qanunsuz dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi – VİDEO

Kolumbiyada 7,4 maqnitudalı ZƏLZƏLƏ oldu - VİDEO

Kolumbiyada 7,4 maqnitudalı ZƏLZƏLƏ oldu - VİDEO

Sərnişinlərin DİQQƏTİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin DİQQƏTİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi

Qarabağ Universitetinin plan yerləri açıqlandı – TAM SİYAHI

Qarabağ Universitetinin plan yerləri açıqlandı – TAM SİYAHI

Xəstəxanaların AKKREDİTASİYASI BAŞLAYIR – Yüksək qiymətlər də tənzimlənəcək? – RƏSMİ AÇIQLAMA

Xəstəxanaların AKKREDİTASİYASI BAŞLAYIR – Yüksək qiymətlər də tənzimlənəcək? – RƏSMİ AÇIQLAMA

Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı

Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı

Pezeşkian və Xamenei arasında 8 saatlıq GÖRÜŞ – Nələr müzakirə edildi?

Pezeşkian və Xamenei arasında 8 saatlıq GÖRÜŞ – Nələr müzakirə edildi?

Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO

Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO

Səhər oyanan kimi telefona baxanların nəzərinə

Səhər oyanan kimi telefona baxanların nəzərinə

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

Kadırovun oğlu yeni rütbə aldı – FOTO

Kadırovun oğlu yeni rütbə aldı – FOTO

Lökbatanda iki qadın dənizdə BOĞULDU – ADLAR - YENİLƏNİB

Lökbatanda iki qadın dənizdə BOĞULDU – ADLAR - YENİLƏNİB

Azər Axşamın ölüm xəbəri yayıldı – VİDEO

Azər Axşamın ölüm xəbəri yayıldı – VİDEO

Azərbaycanda əməkhaqqı 7 faiz artıb

Azərbaycanda əməkhaqqı 7 faiz artıb

Rusiya Zaporojyeni BOMBALADI – Yaralılar var – VİDEO

Rusiya Zaporojyeni BOMBALADI – Yaralılar var – VİDEO

Hansı bölgənin təndiri daha yaxşıdır? – Azərbaycanın “çörək xəritə”si

Hansı bölgənin təndiri daha yaxşıdır? – Azərbaycanın “çörək xəritə”si

18 il “yoxa çıxan” qadın – saxta imzalar dəhşətli sirri açdı

18 il “yoxa çıxan” qadın – saxta imzalar dəhşətli sirri açdı

Ukraynada SORĞU – Əhalinin neçə faizi qələbəyə inanır?

Ukraynada SORĞU – Əhalinin neçə faizi qələbəyə inanır?

Bu ixtisasları seçən oğlan tələbələr əlavə təqaüd ala biləcəklər

Bu ixtisasları seçən oğlan tələbələr əlavə təqaüd ala biləcəklər

End of content

No more pages to load

RADİO