İndiyədək Füzuli, Cəbrayıl və Ağdam istiqamətində 2200 hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mühəndis Qoşunları idarə rəisinin müavini, polkovnik Ceyhun Cəfərov deyib.
Polkovnik bildirib ki, yolların mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları da həyata keçirilib.
O əlavə edib ki, 153 kilometrdən artıq yol mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Bizim.Media