Ceyhun Bayramov: “Ermənistan silahlı qüvvələri Azərbaycandan çıxarılmalıdır”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 2-də Cenevrədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ikitərəfli görüşdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının zəruriliyini vurğulayıb.
 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, görüş 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

C.Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb.

Görüş zamanı delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.
 

C.Bayramov Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.

Humanitar məsələlərə toxunan nazir, o cümlədən, 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb.
 

C.Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Şuşanın sədası, Ağ Evin əks-sədası

Şuşanın sədası, Ağ Evin əks-sədası

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

İsti havada rahat yatmağın yolları

İsti havada rahat yatmağın yolları

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Samir Şərifova yeni vəzifə VERİLDİ

Samir Şərifova yeni vəzifə VERİLDİ

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək – FOTO/RƏSMİ

Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək – FOTO/RƏSMİ

Final təyinatı onu kövrəltdi – Video

Final təyinatı onu kövrəltdi – Video

İsrail parlamenti buraxıldı - VİDEO

İsrail parlamenti buraxıldı - VİDEO

SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Braziliyanın yeni səfiri İlham Əliyevə etimadnaməsini təqdim etdi – FOTO

Braziliyanın yeni səfiri İlham Əliyevə etimadnaməsini təqdim etdi – FOTO

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclası KEÇİRİLİR

Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclası KEÇİRİLİR

End of content

No more pages to load

RADİO