Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş yaxın gələcəkdə baş tuta bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində deyib.
“Gündəlik Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi olacaq. Bu mənada bizim mövqeyimizdə dəyişiklik yoxdur”, - deyə o, qeyd edib.
Bizim.Media