İran prezidenti İbrahim Rəisi Məhsa Əmininin ölümündən sonra baş verən iğtişaşlarla bağlı xalqa müraciət edib.
Bizim.Media xəbər verir ki, Rəisinin müraciəti İran televiziyalarında canlı yayımlanıb.
“Məhsa Əmininin ölümü ilə bağlı cinayət əməli varsa, mütləq cinayət işi açılacaq və günahkar cəzalandırılacaq. Tibbi ekspertiza Əmininin ölümü haqda hələlik rəy verməyib.Lakin bir neçə günə rəy veriləcək”,-deyə o bildirib.
Rəisi son günlərdə İranda baş verən aksiyalara toxunaraq bildirib ki, ehtiyac yaranarsa, dialoq, tənqid və hətta etirazlar üçün mərkəzlər yaratmaq olar.
"Heç bir halda vətəndaşların canı və malına hücum edilməsinə icazə vermək olmaz ", - deyə İran Prezidenti qeyd edib.
Bizim.Media