XİN: ''Vitaliy Milonovun hərəkətləri Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa cəhddir''

"Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitaliy Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik".

Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Məlum olduğu kimi, Dövlət Dumasının üzvü Vitaliy Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq, ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.

Rusiya Dövlət Dumasının üzvü Vitaliy Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.

Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir.

Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir.

Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Dövlət Dumasının üzvü statusundan istifadə edərək bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır”,- deyə XİN rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında İmza Günü keçirmək istəyən müəlliflərin NƏZƏRİNƏ

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında İmza Günü keçirmək istəyən müəlliflərin NƏZƏRİNƏ

"Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

"Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Bitkoinin qiyməti 80 min dolları keçdi

Bitkoinin qiyməti 80 min dolları keçdi

11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF

11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF

30 ilə hamımız Çin dilində danışacağıq - Nazir

30 ilə hamımız Çin dilində danışacağıq - Nazir

İspaniya Baş nazirinin təyyarəsi Ankarada məcburi eniş etdi – İrəvana uçurmuş

İspaniya Baş nazirinin təyyarəsi Ankarada məcburi eniş etdi – İrəvana uçurmuş

Regiona soyuqlar gəlir: hava kəskin soyuyacaq – TARİX

Regiona soyuqlar gəlir: hava kəskin soyuyacaq – TARİX

AZAL Bakıdan Dubaya uçuşları bərpa edir

AZAL Bakıdan Dubaya uçuşları bərpa edir

"Ləman deyir ki, anamı harada itirdiyimi bilmirəm, kaş mən də ölərdim" — VİDEO

"Ləman deyir ki, anamı harada itirdiyimi bilmirəm, kaş mən də ölərdim" — VİDEO

Türkiyənin xüsusi nümayəndəsi “İrəvan dialoqu – 2026” konfransında iştirak edəcək

Türkiyənin xüsusi nümayəndəsi “İrəvan dialoqu – 2026” konfransında iştirak edəcək

Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır – FOTO

Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır – FOTO

Sərçə sayəsində milyonçu oldu

Sərçə sayəsində milyonçu oldu

İtaliyanın Baş naziri bu gün Azərbaycana GƏLƏCƏK

İtaliyanın Baş naziri bu gün Azərbaycana GƏLƏCƏK

Arvadını öldürən şəxsə AĞIR CƏZA verildi

Arvadını öldürən şəxsə AĞIR CƏZA verildi

Bələdiyyə sədrinin ardınca gəlini də həbs edildi

Bələdiyyə sədrinin ardınca gəlini də həbs edildi

SON DƏQİQƏ! ABŞ Hörmüzdə yeni əməliyyata başlayır – FOTO

SON DƏQİQƏ! ABŞ Hörmüzdə yeni əməliyyata başlayır – FOTO

Gəncədə ailə dramı: 22 yaşlı qadın xəstəxanalıq oldu

Gəncədə ailə dramı: 22 yaşlı qadın xəstəxanalıq oldu

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu - VİDEO

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu - VİDEO

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Toyundan paylaşım etdi - FOTO

Toyundan paylaşım etdi - FOTO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

End of content

No more pages to load

RADİO