İranın eks-prezidentinin qızı tutulub.
Bizim.Media “Azad İran”a istinadən xəbər verir ki, keçmiş prezident Haşemi Rəfsəncaninin qızı Faeze Rəfsəncani saxlanılıb.
Məlumata görə, o, bir müddət öncə ölkəsində baş verən etirazları şərh edərək "Atam da lider olsaydı, bir müddətdən sonra diktatora çevrilərdi",-deyib.
Onun Tehranın şərqində saxlanıldığı bildirilir.
Bizim.Media