Türkiyənin Ərdahan əyalətinin Gölə rayonunda qeydə alınmış 5 bal gücündə zəlzələ dağıntılara səbəb olub.
Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, zəlzələ zamanı Gölə rayonunun Kiçik Altunbulak kəndində 8 ev və ətraf kəndlərdə bəzi tikililərin divarları uçub. Kənddə 1 nəfərin üzərinə daş parçaları düşüb. Yaralı təcili yardım maşınıyla xəstəxanaya aparılıb.
Zəlzələnin təsirindən qaya parçaları magistral yola dağılıb. Bir neçə kənddə tövlələr dağılıb.
Həmçinin bildirilib ki, zəlzələ Ərdahan şəhərinin mərkəzində, Şenkaya rayonunda, Qarsda da hiss olunub.
Bizim.Media