Ermənistan-Türkiyə sərhədi yaxınlığında 5,1 maqnitudalı zəlzələ baş verib.
Bizim.Media “arm.news”a istinadən xəbər xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Türkiyənin Ərdəhan şəhərindən 19 km-də, dərinliyi 10 km olub. Yeraltı təkanların gücü 7 bal təşkil edib. Zəlzələ Şirak vilayətində 2-3, İrəvanda isə 2 bala qədər hiss olunub.
Bizim.Media