KTMT təlimlərində iştirak etməmək qərarı ilə bağlı rəsmi məlumat Ermənistan Müdafiə Nazirliyindən gəlib.
Bizim.Media “Sputnik Qazaxıstan” nəşrinə istinadən xəbər verir ki, bu informasiyanı Qazaxıstan Müdafiə Nazirliyi yayıb.
Mənbə yazır ki, bundan əvvəl Ermənistan Azərbaycanla sərhəddə yaranmış vəziyyətə görə hərbçilərin KTMT-nin Qazaxıstandakı təlimlərində iştirak etməyəcəyi barədə bəyanat vermişdi.
Kollektiv çevik reaksiya qüvvələrinin “Qarşılıqlı fəaliyyət-2022”, “Axtarış-2022”, “Eşelon-2022” təlimləri bir gün əvvəl başlayıb və oktyabrın 8-dək davam edəcək. Onlar Jambil və Almatı vilayətlərində keçirilir.
Bizim.Media