Rusiya-Gürcüstan sərhədində fövqəladə vəziyyət tətbiq oluna bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo bildirib.
"Gürcüstanla sərhəddə yerləşən Şimali Osetiyada fövqəladə vəziyyət tətbiq oluna bilər" - deyə Menyaylo qeyd edib.
Qeyd edək ki, Rusiyada səfərbərlik elan edildikdən sonra bu ölkədən Gürcüstana gedənlərin sayı kəskin artıb.
Bizim.Media