Cari ilin avqust ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 18,2 min nəfər və ya 0,39 faiz artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 2022-ci ilin 1 sentyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 4,74 milyon nəfər təşkil edib.
Bizim.Media