Bu gün Qazaxıstanda sərhədi qanunsuz keçməyə cəhd edən 3 rusiyalı saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan sərhəd xidməti yayıb.
Saxlanılanların sözlərinə görə, onlar Rusiyada səfərbərlikdən yayınmaq istəyiblər.
“Saxlanılan şəxslərlə bağlı əlavə dindirmə tədbirləri davam etdirilir, nəticədə həmin şəxslər Rusiyaya təhvil veriləcək”, - məlumatda deyilir.
Qismən səfərbərlik elan edildikdən sonra Rusiyanı tərk etmək istəyən Rusiya vətəndaşlarına rəsmi Astana daimi yaşayış icazəsi verməmək qərarına gəlib.
Bizim.Media


