“Almaniyada istilik xərcləri bu qış Türkiyədə hər şey daxil oteldə qalmaqdan baha olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə “Bentour” turizm agentliyinin rəhbəri Deniz Uğur bildirib.
“Bu səbəbdən mehmanxanaçılara deyirik: otelinizi qışda bağlamazdan əvvəl iki dəfə düşünün”, - deyə şirkət rəhbəri qeyd edib.
Onun sözlərinə görə, bu qış Türkiyəyə 1 milyona qədər alman turist gedə bilər.
Bizim.Media