Rusiyanın bir çox regionunda səfərbərliyə qarşı etiraz aksiyalar keçirilir.
Bizim.Media xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bir sıra regionlarda çox az sayda iştirakçı toplayan icazəsiz aksiyalar keçirmək cəhdlərinin qarşısı alınıb.
“Hazırda qanunu pozan şəxslər tutularaq istintaqa cəlb olunub",- deyə Rusiya DİN-dən bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb.
Bizim.Media