Ermənistana XƏBƏRDARLIQ: “Bizə qarşı təxribat törədəcəklərsə, layiqli cavabını verəcəyik” - VİDEO 

"Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq". 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Kəlbəcər-Laçın yolunda inşa edilən tunellə tanış oldu


"Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb.

Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi.

Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq.

Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik.

Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qürur hissi keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçrəngli Bayrağımız dalğalanır.


İkinci Qarabağ müharibəsi olmaya da bilərdi, əgər Ermənistan bizim sözümüzə baxsaydı. Əgər öz xoşu ilə torpaqlarımızdan çıxsaydı, İkinci Qarabağ müharibəsi olmaya bilərdi.

2016-cı ilin Aprel döyüşləri bizim çox böyük qələbəmiz idi, mənəvi cəhətdən və strateji nöqteyi-nəzərdən. O döyüşlər nəticəsində azad etdiyimiz yüksəkliklər bizə əlavə imkanlar yaratdı, o cümlədən İkinci Qarabağ müharibəsində uğurlu yürüşümüzə də zəmin yaratdı", - dövlət başçısı qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi AÇIQLANDI

SON DƏQİQƏ! II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi AÇIQLANDI

Şahin Mustafayev Aleksey Overçukla GÖRÜŞƏCƏK

Şahin Mustafayev Aleksey Overçukla GÖRÜŞƏCƏK

Bakıda narkotiklə bağlı 199 fakt aşkarlandı: 161 nəfər saxlanıldı – VİDEO

Bakıda narkotiklə bağlı 199 fakt aşkarlandı: 161 nəfər saxlanıldı – VİDEO

Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

Rusiyaya bir sıra istiqamətlər üzrə aviareyslər bərpa oluna bilər – RƏSMİ - VİDEO

Rusiyaya bir sıra istiqamətlər üzrə aviareyslər bərpa oluna bilər – RƏSMİ - VİDEO

Sadiq Xan Lord OLACAQ

Sadiq Xan Lord OLACAQ

Kondisionerin ömrünü uzadan sadə qayda: "3 dəqiqə" nədir?

Kondisionerin ömrünü uzadan sadə qayda: "3 dəqiqə" nədir?

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA – VİDEO

Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA – VİDEO

Üç BÜRC üçün qızıl dövr başladı

Üç BÜRC üçün qızıl dövr başladı

Nazir: “Rusiya-Azərbaycan münasibətlərində tam normallaşmaya nail olunub”

Nazir: “Rusiya-Azərbaycan münasibətlərində tam normallaşmaya nail olunub”

“Musa Cəlil ömürlüyü…” Bakıda gün üzü gördü

“Musa Cəlil ömürlüyü…” Bakıda gün üzü gördü

Ceyhun Bayramov və Lavrov nələri müzakirə etdi? - DETALLAR AÇIQLANDI

Ceyhun Bayramov və Lavrov nələri müzakirə etdi? - DETALLAR AÇIQLANDI

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı İMZALANDI

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi – Ölənlər var – VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Starmeri o əvəz edəcək – FOTO/VİDEO

Günay Malikqızı vəzifəsindən ayrıldı

Günay Malikqızı vəzifəsindən ayrıldı

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Mutant yenot görünüşü ilə hər kəsi təəccübləndirdi – VİDEO

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Vüsalə "İncə səhər"dən getdi – VİDEO

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

Masazır sakinlərinə ŞAD XƏBƏR – Yeni avtobus xəttə buraxılır

Yeni binalarla bağlı SƏRT TƏLƏB – Parklanma problemi tarixə qovuşur...

Yeni binalarla bağlı SƏRT TƏLƏB – Parklanma problemi tarixə qovuşur...

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

Aytəkin Alxaslı TƏLTİF olundu – FOTO

End of content

No more pages to load

RADİO