“Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yollarının açılması təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin Ermənistan bazarına daxil olmasına şərait yaradacaq”.
Bizim.Media xəbər verir ki, bunu IX Rusiya-Ermənistan Regionlararası Forumunda çıxışı zamanı Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Üçtərəfli sazişdə nəzərdə tutulan regionda nəqliyyat əlaqələrinin açılması həm Ermənistanın iqtisadi inkişafına şərait yaradacaq, həm də bura investisiyaların axını üçün yeni imkanlar açacaq”, - deyə Overçuk bildirib.
Bizim.Media