İran parlamenti növbədənkənar iclasda Ermənistan-Azərbaycan məsələsini müzakirəyə çıxaracaq.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vəhid Cəlalzadə deyib.
O bildirib ki, çərşənbə günü Ermənistan-Azərbaycan problemlərinə dair önəmli və növbədənkənar iclas keçiriləcək.
Vəhid Cəlalzadə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən ciddi narahat olduqlarını deyib:
"Biz ölkənin yüksək vəzifəli rəsmiləri ilə bu məsələni müzakirə etmişik".
Bizim.Media