Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan sərhədində sentyabrın 13-dən başlayaraq vəziyyətin gərginləşməsindən bir neçə gün sonra Ermənistan Müdafiə Nazirliyi hələ də erməni tərəfinin itkiləri ilə bağlı dəqiq məlumat verməyib.
Yalnız Paşinyan hökumətin iclasında 135 hərbçinin öldüyünü, yaralılar və itkinlər barədə məlumatın toplandığını deyib.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, ölən erməni hərbçilərin yaxınları onların adlarının dövlət səviyyəsində açıqlanmasını tələb edirlər.
Bizim.Media