“Bu gün səhər saatlarında ABŞ-ın üçüncü şəxsinin mətbuat konfransı uğursuz oldu. Günortadan sonra İrəvanın mərkəzində Rusiyaya qarşı mitinq keçirildi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında erməni siyasi strateq Karen Köçəryan yazıb.
“Nahar vaxtı isə Ermənistan prezidenti səviyyəsində Böyük Britaniya ilə diplomatik qalmaqal yarandı. Axşam Cafeçyan Muzeyində Pelosi Xancyanın rəsminin fonunda farslara “xristian ermənilərin farslara qarşı necə cəsarətlə döyüşdüyünə” işarə vurdu. Gecə isə çinlilərə qarşı nəsə fikirləşib gələn həftə başımıza nə gələcəyini gözləmək qalır”, deyə o, qeyd edib.
Bizim.Media