“Qərb anlamalıdır ki, Ukraynadakı münaqişə tezliklə bitməyəcək, Kiyevin Qərb dövlətlərinin hərbi və maliyyə dəstəyinə ehtiyacı var”.
Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Əlbəttə, Ukrayna silahlı qüvvələrinin ərazini geri ala bildiyini, həmçinin Rusiyanın arxa cəbhəsinə zərbələr endirdiyini görmək çox sevindiricidir. Eyni zamanda, başa düşməliyik ki, bu, müharibənin yaxın müddətdə bitməsi demək deyil, biz uzun müddətli qarşıdurmaya hazır olmalıyıq”, - baş katib qeyd edib.
Bizim.Media