“Əgər Rusiya əsl müharibəyə başlasa, Ukrayna bitəcək”.
Bizim.Media “Expressen”ə istinadən xəbər verir ki, bunu Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev deyib.
“Rusiya tərəfində bu, müharibə deyil, xüsusi hərbi əməliyyatdır. Əgər ölkə real müharibəyə başlasa, o zaman Ukraynanın sonu çox tez gələcək”, - deyə səfir qeyd edib.
Bizim.Media