Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakının bolşevik-erməni dəstələrindən azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Bizim.Media xəbər verir ki, M.Şentop bu barədə “Twitter“ hesabında paylaşım edib.
“Bakının düşmən işğalından azad edilməsinin 104-cü ildönümünü ürəkdən təbrik edir, başda Nuru Paşa olmaqla Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarını, Anadoludan qardaş ölkəmizə köməyə gələn Mehmetçiklərimizi rəhmətlə yad edirəm”, - deyə M.Şentop bildirib.
Bizim.Media
