Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Bakının bolşevik-erməni dəstələrindən azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Twitter“ hesabında paylaşım edib.
“Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü mübarək olsun. Şəhidlərimizi rəhmətlə yad edirik”, - deyə Ö.Çelik bildirib.
Bizim.Media