“BMT Təhlükəsizlik Şurasında bu ölkələr əleyhimizə səs verəcək” – Fərhad Məmmədovun PROQNOZU

“Fransa Azərbaycan və Ermənistanın sərhədində eskalasiya ilə bağlı BMT Təhlükəsizlik Şurasını çağırıb. Şuranın daimi üzvü kimi Fransa bu hüquqa malikdir”.

Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın təxribatı Daşkəsən, Kəlbəcər və Laçında toqquşmaya səbəb olub – MN


Politoloq qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının veto hüququna malik olan daimi üzvləri ABŞ, Fransa, Rusiya, Çin və Böyük Britaniyadır:

“Hazırkı qeyri-daimi üzvlər isə bunlardır: Albaniya, Braziliya, Qabon, Qana, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç, BƏƏ”.

Fərhad Məmmədovun fikrincə, Fransanın təşəbbüsünün nəticəsi olaraq BMT Təhlükəsizlik Şurasının birtərəli qınama, yaxud da müraciət xarakterli qətnaməsi qəbul edilə bilər:

“Sədrlik ifadələri əhəmiyyətli sənəddir, lakin o qədər də vacib deyil. Hansı ölkələrin necə səs verəcəyi ilə bağlı isə deyə bilərik ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən qətnamə layihəsinə Fransa və ABŞ istənilən variantı birmənalı şəkildə dəstəkləyəcək. Çin mütləq qərardan çəkinəcək. Rusiya və Böyük Britaniyanın davranışı isə maraq doğurur. Onlar layihəni apellyasiya şikayəti ilə dəstəkləyə ya da qətnamə layihəsində qınamaqla bitərəf qala bilərlər. Böyük Britaniya veto hüququndan da istifadə edə bilər. Çünki yeni hökumət başçısı sabiq xarici işlər naziri olan Liz Tras nəyin nə olduğunu yaxşı bilir”.

Politiloq qeyri daimi üzvlərin layihəyə necə münasibət bildirə biləcəkləri ilə bağlı proqnozlarını da açıqlayıb:

“Qeyri-daimi üzvlər arasında Qoşulmama Hərəkatına üzv olan 5 ölkə var - Qabon (həmçinin İƏT üzvüdür), Qana, Keniya, BƏƏ (həmçinin İƏT üzvüdür) və Hindistan. Hindistan, şübhəsiz ki, Ermənistanı dəstəkləyəcək. Bununla belə, Albaniya həm də İƏT üzvüdür. Norveç isə ABŞ-ın mövqeyinə uyğun münasibət sərgiləyəcək. Meksika və Braziliyanın mövqeyi isə sual altınadır. Ümumilikdə isə, tamhüquqlu qətnamənin qınaqla qəbul edilməsi şansı müraciət xarakterli qətnamədən daha azdır. Bizim lehimizə səslərin sayı 7-5 ola bilər”.

Fərhad Məmmədov əlavə edib ki, hazırkı eskalasiya BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı yeni qətnaməsinə səbəb ola bilər. 

“Ancaq Qarabağ məsələsi heç bir halda qətnamədə öz əksini tapmayacaq. Sənədin məzmunu ilə isə yalnız Təhlükəsizlik Şurasının iclası baş tutduqdan sonra tanış ola biləcəyik”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

"Beşiktaş" öz meydanında xal itirdi

"Beşiktaş" öz meydanında xal itirdi

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Bu qidalar xoşbəxtlik hormonunu artırır

Bu qidalar xoşbəxtlik hormonunu artırır

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

Ağcabədidə ağır qəza - 2 yaralı var

Ağcabədidə ağır qəza - 2 yaralı var

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

Günəşdə güclü partlayışlar olacaq?

Günəşdə güclü partlayışlar olacaq?

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

End of content

No more pages to load

RADİO