Almaniya Müdafiə Nazirliyi Ukraynanın döyüş tankları ilə bağlı müraciətinə rədd cavabı verib.
Bizim.Media xəbər verir ki, müdafiə naziri Kristine Lambrext bir daha ukraynalıların müraciətini rədd edib.
“Heç bir ölkə bu vaxtadək Ukraynaya Qərb istehsalı olan piyadanın döyüş maşını (PDM) və ya tank göndərməyib. Biz öz tərəfdaşlarımızla razılaşmışıq ki, Almaniya birtərəfli qaydada bu cür addım atmayacaq”, - nazir Berlində bildirib.
Bizim.Media