Üç güləşçimiz dünya çempionatının yarımfinalına vəsiqə qazandı

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, çempionatın ikinci günündə - sentyabrın 11-də yunan-Roma güləşi üzrə millimizin 4 üzvü mübarizəyə qoşulub.

Güləşçimiz Taleh Məmmədov (63 kq) səkkizdəbir finalda latviyalı Aleksandr Yurkyans üzərində əzmkar qələbə qazanıb - 7:3. Təcrübəli güləşçimiz dörddəbir finalda son Olimpiya çempionu, kubalı Luis Alberto Sançesə qalib gəlib - 3:1. T.Məmmədov yarımfinalda serbiyalı Sebastyan Nadla qarşılaşacaq.

Həsrət Cəfərov ilk mərhələni güləşmədən adlayıb. Meksikalı Dieqo Martines yarışöncəsi zədələndiyi üçün həmyerlimiz birbaşa səkkizdəbir finala yüksəlib. H.Cəfərov bu mərhələdə yaponiyalı Katsuaki Endoya heç bir şans tanımayıb - 9:0.

Gənc güləşçimiz dörddəbir finalda çinli Husiyetu Husiyetudan güclü olub - 7:0. Təmsilçimiz finalın bir addımlığında serbiyalı Mate Nemeslə üz-üzə gələcək.

Rafiq Hüseynov (82 kq) səkkizdəbir finalda yaponiyalı Yuya Okajima üzərində 7:1 hesablı qələbə qazanıb. Ancaq dünya və Avropa çempionumuz növbəti mərhələdə özbəkistanlı Jalqasbay Berdimuratova məğlub olub - 0:11.

Millimizin üzvü Arif Niftullayev (97 kq) debütdə son Avropa çempionatının bürünc medalçısı Daniel Qastla (Avstriya) 3:2 hesabı ilə qalib gəlib. A.Niftullayev səkkizdəbir finalda litvalı Vilius Laurjnaytisi vaxtından əvvəl məğlub edib - 8:0.

Güləşçimiz daha sonra macarıstanlı Aleks Sokeyə tam üstünlüklə (10:2) qalib gələrək adını yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında bolqarıstanlı Kiril Milovla qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO

Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO

44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO

44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Hansı ərazilərdə tikinti aparılmasına yol verilmir? – Xidmət rəisindən AÇIQLAMA

Hansı ərazilərdə tikinti aparılmasına yol verilmir? – Xidmət rəisindən AÇIQLAMA

Bu bürclərin üzünə bəxt qapıları açılır

Bu bürclərin üzünə bəxt qapıları açılır

Dövlət Sosial Müdafiə Fondu bir milyon manata ofis icarəyə götürür

Dövlət Sosial Müdafiə Fondu bir milyon manata ofis icarəyə götürür

Kirayə ev axtaran tələbələrə ÇAĞIRIŞ - VİDEO

Kirayə ev axtaran tələbələrə ÇAĞIRIŞ - VİDEO

Konqoda Ebolaya karşı kütləvi peyvəndləmə BAŞLADI

Konqoda Ebolaya karşı kütləvi peyvəndləmə BAŞLADI

Türkiyədə daha bir QƏZA: tramvaylar üz-üzə toqquşdu - VİDEO

Türkiyədə daha bir QƏZA: tramvaylar üz-üzə toqquşdu - VİDEO

Əziz Əliyev prospektində hadisə: bir nəfər xəstəxanalıq oldu

Əziz Əliyev prospektində hadisə: bir nəfər xəstəxanalıq oldu

Voleybolçularımızın 1/8 finaldakı rəqibi məlum oldu

Voleybolçularımızın 1/8 finaldakı rəqibi məlum oldu

ABŞ-də ölkə tarixinin ən böyük pivə oğurluğu: Tapılması üçün maraqlı elan verildi

ABŞ-də ölkə tarixinin ən böyük pivə oğurluğu: Tapılması üçün maraqlı elan verildi

Kralın ölümünə görə "Sabah"ın rəqibinin oyununun vaxtı dəyişdirildi

Kralın ölümünə görə "Sabah"ın rəqibinin oyununun vaxtı dəyişdirildi

Azərbaycanlıların da olduğu daha bir gəmiyə dron hücumu edildi - VİDEO

Azərbaycanlıların da olduğu daha bir gəmiyə dron hücumu edildi - VİDEO

İstanbulda sərnişin avtobusu divara çırpıldı - ölən və yaralılar var - VİDEO

İstanbulda sərnişin avtobusu divara çırpıldı - ölən və yaralılar var - VİDEO

Zaxarova Kanye Uesti nasist adlandırdı

Zaxarova Kanye Uesti nasist adlandırdı

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

Müctəba Xameneinin müraciəti yayıldı - Yeni əmrlərinin DETALLARI

Müctəba Xameneinin müraciəti yayıldı - Yeni əmrlərinin DETALLARI

"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı

"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı

Ərdoğan və Putin gələn həftə görüşürlər - TARİX

Ərdoğan və Putin gələn həftə görüşürlər - TARİX

End of content

No more pages to load

RADİO