Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO

Sosial şəbəkələrdə taksi sürücüsü ilə sərnişinin mübahisəsinə dair yayılan görüntülər müzakirələrə səbəb olub. Sərnişin taksi sürücüsündən kondisioneri qoşmasını istəyir.

Sürücü isə kondisionerli avtomobillə getmək istəyən sərnişinə komfort və ya biznes sinif sifariş verməyi tövsiyə edir.

Bəs sərnişinlər taksi sifariş edərkən təqdim olunan xidmətlərə ayrıca diqqət etməlidirlərmi? Ekonom sinifdə sifariş edilən avtomobildə kondisionerin qoşulmamasının hər hansı qanuni əsası varmı?

Bizim.Media xəbər verir ki, Baku TV paytaxt sakinlərinin məsələyə münasibətini öyrənib. Bəzi vətəndaşlar kondisionerin avtomobilin sinfindən asılı olmayaraq işlək vəziyyətdə saxlanılmalı olduğunu düşünür. Digərləri isə ekonom və komfort tarifləri arasında fərq olduğunu bildirirlər.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, qanunvericiliyə əsasən, sərnişin daşınmasında istifadə olunan nəqliyyat vasitələri soyutma və isitmə sistemi ilə təchiz edilməlidir.

Bu sistemlər yalnız avtomobildə mövcud olmamalı, həm də işlək vəziyyətdə saxlanılmalıdır. Bu tələb taksilərdə avtomobilin hansı sinfə aid olmasından asılı deyil.

Kondisioner mövcuddursa, yay mövsümündə işlək vəziyyətdə olmalıdır. Sürücünün kondisioneri qoşmaq üçün sərnişindən əlavə ödəniş tələb etməsi isə qanunsuzdur.

"Belə hal baş verdikdə sərnişin taksi sifarişi operatoruna, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, eləcə də istehlakçı hüquqlarının pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilər", - deyə ekspert əlavə edib.

Baku TV məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən bir neçə taksi sifarişi operatoruna da sorğu ünvanlayıb.
 

Bildirilib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitələri salonun soyudulması və isidilməsi funksiyalarına malik tam havalandırma sistemi ilə təchiz edilməlidir. Bununla yanaşı, salondakı temperatur hava şəraiti və səfər zamanı komfortlu şərait nəzərə alınmaqla tənzimlənir.


Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin açıqladığı tələblərə əsasən, taksi minik avtomobillərinin salonu sərinləşdirən və isidən tam hava tənzimləyicisi ilə təchiz olunmalıdır.

Qanunvericilikdə isə taksilərin "ekonom", "komfort" və digər siniflərə bölünməsi nəzərdə tutulmur. Bu səbəbdən "ekonom sifariş vermisiniz, ona görə kondisioner qoşulmur" arqumentinin qanuni əsası yoxdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO

Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO

44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO

44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Hansı ərazilərdə tikinti aparılmasına yol verilmir? – Xidmət rəisindən AÇIQLAMA

Hansı ərazilərdə tikinti aparılmasına yol verilmir? – Xidmət rəisindən AÇIQLAMA

Bu bürclərin üzünə bəxt qapıları açılır

Bu bürclərin üzünə bəxt qapıları açılır

Dövlət Sosial Müdafiə Fondu bir milyon manata ofis icarəyə götürür

Dövlət Sosial Müdafiə Fondu bir milyon manata ofis icarəyə götürür

Kirayə ev axtaran tələbələrə ÇAĞIRIŞ - VİDEO

Kirayə ev axtaran tələbələrə ÇAĞIRIŞ - VİDEO

Konqoda Ebolaya karşı kütləvi peyvəndləmə BAŞLADI

Konqoda Ebolaya karşı kütləvi peyvəndləmə BAŞLADI

Türkiyədə daha bir QƏZA: tramvaylar üz-üzə toqquşdu - VİDEO

Türkiyədə daha bir QƏZA: tramvaylar üz-üzə toqquşdu - VİDEO

Əziz Əliyev prospektində hadisə: bir nəfər xəstəxanalıq oldu

Əziz Əliyev prospektində hadisə: bir nəfər xəstəxanalıq oldu

Voleybolçularımızın 1/8 finaldakı rəqibi məlum oldu

Voleybolçularımızın 1/8 finaldakı rəqibi məlum oldu

ABŞ-də ölkə tarixinin ən böyük pivə oğurluğu: Tapılması üçün maraqlı elan verildi

ABŞ-də ölkə tarixinin ən böyük pivə oğurluğu: Tapılması üçün maraqlı elan verildi

Kralın ölümünə görə "Sabah"ın rəqibinin oyununun vaxtı dəyişdirildi

Kralın ölümünə görə "Sabah"ın rəqibinin oyununun vaxtı dəyişdirildi

Azərbaycanlıların da olduğu daha bir gəmiyə dron hücumu edildi - VİDEO

Azərbaycanlıların da olduğu daha bir gəmiyə dron hücumu edildi - VİDEO

İstanbulda sərnişin avtobusu divara çırpıldı - ölən və yaralılar var - VİDEO

İstanbulda sərnişin avtobusu divara çırpıldı - ölən və yaralılar var - VİDEO

Zaxarova Kanye Uesti nasist adlandırdı

Zaxarova Kanye Uesti nasist adlandırdı

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

Müctəba Xameneinin müraciəti yayıldı - Yeni əmrlərinin DETALLARI

Müctəba Xameneinin müraciəti yayıldı - Yeni əmrlərinin DETALLARI

"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı

"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı

Ərdoğan və Putin gələn həftə görüşürlər - TARİX

Ərdoğan və Putin gələn həftə görüşürlər - TARİX

End of content

No more pages to load

RADİO