Neftçalanın II Qaralı kəndinin uşaqları ŞİKAYƏT EDİR: “Biz bu il məktəbə getməyək?” - VİDEO

Sentyabr gələndən hər kəsdə bir ayrı təlaş olur. Yeni dərs ilinin başlamasına sayılı günlər qala valideynlərin məktəb alış-verişləri, müəllimlərin qarşıdan gələn uzun tədris ilinə hazırlıqları və ilk dəfə məktəbə qədəm qoyacaq uşaqların sevinci...

İstər şəhər, istərsə də kəndlərdə kənardan göz oxşayan, ən müasir avadanlıqlarla təchiz edilərək inşa edilmiş və ya təmir olunmuş məktəb binaları bu günlərdə tam hazır vəziyyətə gətirilir.

Amma bunun içində məktəbə aparan yollar da var…

Yollar dünyada çoxdur,
Sayı-hesabı yoxdur:
Bostan yolu, bağ yolu,
Aran yolu, dağ yolu...
Bir yol var ki, dünyada
Onu getmirsən hədər.
Həmişə düşür yada,
Qoca olana qədər.
Bax uşaqla doludur,
Bu yol məktəb yoludur.

Ayaqlar altından keçsə də gözdən qaçan problem 

Bir neçə gündən sonra uşaqlarla dolu olacaq məktəb yollarının təəssüf ki, bəziləri misralarda qeyd olunan aran-dağ yollarından seçilmir. Tozlu, təmirsiz, çala-çuxur...

Hər il olduğu kimi bu il də Neftçala rayon İkinci Qaralı kəndinin məktəbliləri dağ yolunu xatırladan bu yoldan keçərək yeni tədris ilinə başlayacaq. Məktəbin şagird və müəllim kollektivi illərdir bu yoldan bezar olduğunu deyir. Bizim.Media-ya şikayətlərini çatdıran İkinci Qaralı kəndinin uşaqları yollara bir əncam çəkilməsini istəyirlər.

“Daşlı-kəsəkli məktəb yolunu getmək qocaltdı məni”

İkinci Qaralı Kənd Tam Orta Məktəbinin təqaüddə olan müəllimi Əlibala Rəcəbovun sözlərinə görə hər gün yüzlərlə şagird və müəllimin istifadə etdiyi bu yol kəndin mərkəzi küçəsindən keçir. Artıq təqaüddə olan bu müəllim deyir ki, “Palçıqlı yolda gedib-gəlmək qocaltdı məni, amma bu yolu düzəldən olmadı kı, olmadı”.

Birinci qarabağ müharibəsi veteranı Əbülfəz Bağırovun sözlərinə görə, bu yol sadəcə məktəblilərə əngəl törətmir. Belə ki, yolun bərbad vəziyyətinə görə kəndə nə təcili yardım briqadası gələ bilir, nə də yanğınsöndürən maşınlar.
Qışda maşınların belə keçməkdə aciz qaldığı bu yolda sürücülər avtomobillərini müəyyən yerdə park edərək piyada mənzil başına getmək məcburiyyətindədirlər. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Yuxarı Qaramanlı bələdiyyəsi ilə də əlaqə saxlayıb. 

Bələdiyyə sədri Xanım Kərimova bildirib ki, Şəhid Mürsəl Əskərov küçəsindəki 900 metr məsafəli yola hər il bələdiyyə hesabına çınqıl tökülür. Yolun əsaslı təmir olunaraq asfalt döşənməsinə gəldikdə isə Xanım Kərimovanın sözlərinə görə, buna bələdiyyənin maddi gücü çatmır.

Belə görünür ki, bu tədris ilində də məktəb heyətinin və şagirdlərin ümidi qaldı ancaq İran qaloşlarına. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kanadada TERROR ŞOKU: İŞİD üzvləri HƏBS OLUNDU - Aralarında Osman Əzizov da var

Kanadada TERROR ŞOKU: İŞİD üzvləri HƏBS OLUNDU - Aralarında Osman Əzizov da var

Oğlu Amerikada təhsil alacaq

Oğlu Amerikada təhsil alacaq

Livanda "Hizbullah"ın iki döyüşçüsü MƏHV EDİLDİ

Livanda "Hizbullah"ın iki döyüşçüsü MƏHV EDİLDİ

Boksçularımız Türkiyədə 32 medal QAZANDI

Boksçularımız Türkiyədə 32 medal QAZANDI

Nokauta düşən bloqer Ceyk Pol əməliyyat olundu - FOTO

Nokauta düşən bloqer Ceyk Pol əməliyyat olundu - FOTO

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

"Məlhəm Hospital"da YANĞIN OLDU

"Məlhəm Hospital"da YANĞIN OLDU

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Bütün zamanların ən yaxşı 20 filmi

Bütün zamanların ən yaxşı 20 filmi

Sabah Xətaidə QAZ OLMAYACAQ

Sabah Xətaidə QAZ OLMAYACAQ

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Trampın qalmaqallı fotosu silindi

Trampın qalmaqallı fotosu silindi

End of content

No more pages to load

RADİO