Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimində iştirak etməyi planlaşdırır.
Bizim.Media NTV-yə istinadən xəbər verir ki, Ərdoğan bu barədə jurnalistlərə açıqlamasında bildirib.
"Proqramlar imkan verərsə mərasimlərdə iştirak etməyi düşünürəm. İki dəfə görüşümüz olub. Fürsət tapsaq biz də mərasimlərdə iştirak etmək istəyirik", - deyə Ərdoğan bildirib.
Bizim.Media