Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı bu barədə "Twitter" hesabında paylaşım edib.
“Kraliça II Elizabetin bu gün vəfat etməsi xəbərini kədər hissi ilə eşitdim. Kral ailəsinə, dost və müttəfiq Böyük Britaniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verirəm”, - Ərdoğan qeyd edib
Bizim.Media