Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mətn hissəsi ilə bağlı işi sürətləndirməyi tapşırıb.
Bizim.Media Ermənistanın “Past” qəzetinə istinadən xəbər verir ki, bu barədə göstərişi Ermənistanın baş naziri Brüsseldə Azərbaycan prezidenti ilə görüşdən sonra verib.
Nəşrin məlumatına görə, ilkin versiya noyabrın ortalarına qədər hazır olmalıdır.
Bizim.Media