Xəbər verdiyimiz kimi, Türkiyənin meqastarı Tarkan Tevetoğlunun sentyabrın 9-da İzmirin Qurtuluşunun 100 illiyi münasibəti ilə “Gündoğdu” meydanında baş tutacaq konserti üçün hazırlanan səhnə çöküb.
Bizim.Media xəbər verir ki, baş verən xoşagəlməz hadisə ilə bağlı Tarkan sosial şəbəkə hesabında paylaşım edib.
“İzmirə gedərkən səhnəmin aşdığı xəbərini aldım. Çox üzüldüm, amma hadisədə ölən və yaralanan olmadığına görə çox sevindim.
Konsertin hazırlanması üçün çalışan hər kəsin və komanda yoldaşlarımın yaxşı olduğunu bilmək məni çox sevindirdi.
Bu arada mən yoldayam. İzmirə gedirəm. Bu konsertin gerçəkləşməsi üçün əlimizdən nə gəlirsə edəcəyik” – deyə T.Tevetoğlu yazıb.
Rəşad Əliyev, Bizim.Media