Azərbaycanın dekorativ sənət mədəniyyətində özünəməxsus yer tutan qurama sənətinə həsr edilmiş sənədli film çəkilib.
Bizim.Media xəbər verir ki, film “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Milli Qurama Festivalı çərçivəsində ərsəyə gəlib.
Filmin rejissoru incəsənət xadimi, rejissor Ülviyyə Könüldür.
Bizim.Media