Daşqınlar nəticəsində Pakistan iqtisadiyyatına dəyən ziyan 10-12,5 milyard dollar təşkil edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” yerli mətbuata istinadən yayıb.
Mənbə qeyd edib ki, ölkənin 118 bölgəsində əhalinin 37 faizi daşqınların təsiri altında yoxsulluq həddindən aşağı düşüb.
Vurğulanır ki, Pakistan hakimiyyəti cari maliyyə ilində iqtisadi artımı 5 faizə çatdırmağı hədəfləyərək bu rəqəmi 2 faizə endirəcək.
Kənd təsərrüfatında artım tempinin 1,8 faizə, xidmət sektorunda isə 2 faizə qədər azalacağı güman edilir.
Bizim.Media