Böyük Britaniyada sabah, sentyabrın 5-də yeni baş nazirin adı məlum olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.
Mənbə xatırladır ki, bundan əvvəl sentyabrın 2-də ölkədə hökumət başçısı postunu tutacaq Mühafizəkarlar Partiyasının sədrinin seçkiləri başa çatıb.
İki namizəd var: xarici işlər naziri Liz Truss və keçmiş maliyyə naziri Rişi Sunak. İngilis bukmeykerləri Trussın udma ehtimalını 95% qiymətləndirir.
Bizim.Media