Ukraynada müharibə başlayandan indiyədək Rusiya ordusunun atəşi nəticəsində 7 000-dən çox mülki şəxs həlak olub, 5 500 nəfər isə yaralanıb.
Bizim.Media “UNİAN”a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müavini Yevgeni Yenin bildirib.
O bildirib ki, polis müharibə başlayandan bəri düşmənin 22 min hücumunu qeydə alıb, 24 000-dən çox mülki obyekt atəşə məruz qalıb.
Bizim.Media