Qazaxstan parlamentinin deputatları ölkənin paytaxtının adının yenidən Astana olmasını təklif ediblər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, “Jana Qazaxıstan” (Yeni Qazaxıstan) deputat qrupu Astananın adının ölkə paytaxtına qaytarılmasını istəyib.
Parlamentarilər hesab edirlər ki, konstitusiyaya dəyişiklik imkanından istifadə edərək paytaxtın əvvəlki adını qaytarmaq lazımdır.
Xatırladaq ki, Qazaxıstanın paytaxtı 2019-cu ildən Nur-Sultan adlandırılıb.
Bizim.Media