Amerikalı rejissor, "Forsaj" filmləri ilə məşhurlaşmış Castin Lin Los-Anceles şəhərindəki evini 5,5 milyon dollara satıb.
Bizim.Media xəbər verir ki, bu, həmin bölgədə indiyədək satılan ən bahalı ev olub.
Qeyd olunur ki, 4 mərtəbəli ev 1925-ci ildə inşa olunub. C.Lin həmin evi 2012-ci ildə aktyor Vinsent Qallodan 2,6 milyon dollara satın alıb.
Evin yeni sahibi isə "Warner Bros" kino şirkətinin rəhbəri Req Harpur olub. (Trend)
Bizim.Media