Almaniyanın “Lufthnansa” şirkəti 2 sentyabr tarixinə bütün reysləri təxirə salıb.
Bizim.Media “cbsnews”a istinadən xəbər verir ki, buna səbəb pilotların tətil etməsidir.
Frankfurt və Münxen aeroportlarında 800-dən çox uçuş ləğv edilib. Bu da 130 mindən çox sərnişinə təsir edəcək.
Həmkarlar təşkilatının maaşları 5% artırmaqla bağlı təklifi rədd edildiyi üçün pilotlar 24 saat tətil etməyə qərar verib. Hazırda Avropanın ilk aviaşirkəti olan “Lufthansa”da 5 500 pilot çalışır.
Bizim.Media