Rumıniya hökuməti Türkiyədən “Bayraktar TB2” PUA-ları alacaq.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyi bununla bağlı 300 milyon avroluq müqavilə imzalanacağını açıqlayıb.
Rumıniya Parlamentinə satınalmanı təsdiq etmək üçün müraciət edilib. Müqavilə çərçivəsində ümumilikdə 18 PUA və avadanlıqlarının alınması planlaşdırılır.
Qeyd edək ki, “Bayraktar TB2” PUA-larının qiyməti konfiqurasiyadan asılı olaraq 1 milyondan 5 milyon dollara qədərdir.
Bizim.Media