Rusiya qüvvələri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin missiyasının Zaporojye AES-ə gedəcəyi dəhlizi güclü atəşə tutur.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Olek Nikolenko "Twitter"də bildirib.
"Öhdəliklərini pozaraq, Rusiya ordusu AEBA missiyasının Zaporojye AES-ə getməli olduğu dəhlizi güclü atəşə tutur. Rusiya bu təhlükəli təxribatlarını dərhal dayandırmalı və AEBA-nın təhlükəsiz girişinə icazə verməlidir", Nikolenko bildirib.
Bizim.Media
