Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu 20 Yanvar hadisələrini yad edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə özünün tvitter səhifəsində yazıb:
"31 il öncə Azərbaycanın müstəqilliyi istiqamətində yaşanan, müstəqillik simvoluna çevrilən və tarixə “Qanlı yanvar” olaraq düşən faciədə şəhid olan qardaşlarımızı ehtiramla anıram, Can Azərbaycanımızın Milli Matəm Günündə ortaq acımızı dərin hüznlə paylaşıram”.
Bizim.Media