SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov 92 yaşında vəfat edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanadan bildirilib.
"Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib", - deyə Mərkəzi Klinik Xəstəxanadan bildirilib.
Qeyd edək ki, o, azərbaycanlılara qarşı 20 Yanvar faciəsinin əsas günahkarlarından biri hesab edilir.
Bizim.Media