Gürcüstanda “Noble Partner 2022” çoxmillətli birgə hərbi təlimlər başlayıb.
Bizim.Media "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, təlimlərə Gürcüstan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya və Polşadan 2400-dən çox hərbçi qtılıb.
Açılış mərasimi Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasının ərazisində baş tutub.
Qeyd edək ki, təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlıq və uyğunluğu artırmaqdır.
Bizim.Media