İsrailin Azərbaycandakı səfiri Corc Dik 20 Yanvar faciəsi ilə bağlı tvitter hesabında paylaşım edib.
Bizim.Media-nın məlumatına görə, İsrail səfiri yazıb:
"Bir çox azərbaycanlının - kişilərin, qadınların, uşaqların soyuq havada çölə çıxması, Qara Yanvar qurbanlarının xatirəsini yad etməsi ilhamvericidir. Bu, millətin birlik və hörmət ruhu, qurbanlarına göstərdiyi ehtiramda özünü göstərir", - deyə səfir qeyd edib.
Bizim.Media