Litva Ukrayna üçün Polşa istehsalı olan 37 kamikadze dron alacaq.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas məlumat verib.
““Legion Of Boom” tərəfindən toplanan vəsaitin bir hissəsi (€1.000.000) Litvanın Milli Müdafiə Nazirliyinə veriləcək. Bu vəsait Polşadan 37 kamikadze dronun alınmasına sərf olunacaq və sonra Ukraynaya göndəriləcək”, - deyə o bildirilir.
“Warmate” dronları yüngüldür (təxminən 5,7 kq) və daşına bilir, 30 km-ə qədər uçuş məsafəsi var və 150 km/saat sürətə malikdir. Onlar partlayıcı maddə də daşıya bilərlər.
Bizim.Media