“Hamı bilir ki, mənim çox yaxşı həyat tərzim olub. Yüksək səviyyədə ailə həyatı yaşamışam. Kasıblıq, əziyyət və çətinlik görməmişəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Dəniz Əsədova qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Haqsızlıqlarla üzləşdiyini söyləyən sənətçi ailəsindən və övladlarından danışıb.
“Həyatımda tək çətinliyim anamı itirəndən sonra olub. Məni vurmağa çalışanlar çox oldu. Məhkəməyə, polisə düşdüm. İttihamlarla üz-üzə qaldım. Hamı məni dürüst insan kimi tanıyır, bilir. Hər şeyi olduğu kimi danışıram. Haqsızlığı qətiyyən qəbul etmirəm.
İki övladım var. Qızım 11, oğlum isə 13 yaşındadır”.
Rəşad Əliyev, Bizim.Media